İsveç rəsmi olaraq NATO-ya üzv oldu

İsveç rəsmi olaraq NATO-ya üzv oldu

İsveç rəsmi olaraq NATO-nun yeni üzvü olub. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yazıb.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti İsveçin üzvlüyünü rəsmən elan edib. Beləliklə, İsveç artıq Şimali Atlantika Alyansının 32-ci üzvü olub.

Xatırladaq ki, Macarıstan parlamenti İsveçin NATO-ya üzv olmaq ərizəsini 2024-cü il fevralın 26-da ratifikasiya edib. Bu ratifikasiya ölkənin alyansa gedən yolunda son addım idi. Eyni zamanda, Macarıstanın baş naziri Viktor Orban şəxsən Macarıstan parlamenti tərəfindən ratifikasiyanın sürətləndirilməsinə çağırıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə