Bu məlumat “açıq-aşkar” saxta və anti-Rusiya silahıdır...

Bu məlumat “açıq-aşkar” saxta və anti-Rusiya silahıdır...

Təhlükəsizlik Şurası sədrinin müavini və Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev Odessada Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə görüşə gedərkən Vladimir Zelenskinin kortejinə Rusiyanın hücumu ilə bağlı Yunanıstan mətbuatında yayılan məlumatı şərh edib.

Medvedevin sözlərinə görə, hücumla bağlı məlumat “açıq-aşkar” saxta və anti-Rusiya silahıdır. Eyni zamanda o, əlavə edib ki, Rusiya üçün kimin “neonasist rejiminin lideri” postunu tutmasının heç bir əhəmiyyəti yoxdur.

SİA-nın əldə etdiyi məlumata görə, bundan əvvəl Yunanıstanın “Prototema” qəzeti Vladimir Zelenskinin kortejinə Rusiyadan raket zərbəsi endirdiyini elan etmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə