“Bu mərhələləri uğurla arxada qoyduq və …”

“Bu mərhələləri uğurla arxada qoyduq və …”

Prezident Rəcəb Tayyib Ərdoğan Akkuyu Atom Elektrik Stansiyasının bütün reaktorlarının 2028-ci ilə qədər istifadəyə veriləcəyini bildirib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Mersin mitinqində yerli seçki fəaliyyətləri çərçivəsində çıxış edən Ərdoğan deyib: “İldə 35 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcək Akkuyu Atom Elektrik Stansiyamızın tikintisi davam edir. Elektrik stansiyasının bütün reaktorları 2028-ci ilə qədər istismara veriləcək.

Türkiyə bizim hakimiyyətimiz dövründə tarixinin ən gərgin sınaqlarından keçdi. Bu mərhələləri uğurla arxada qoymaqla biz davamlı olaraq daha böyük hədəflərə doğru irəliləmişik.

Müdafiə sənayesində lokallaşma nisbətini 20 faizdən 80 faizə qaldırdıq.

Türkiyə qarşıdakı dövrdə daha yaxşı bir mərhələyə girəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə