ABŞ-ın Moskvadakı səfiri Lin Treysi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın 3 qeyri-hökumət təşkilatının arzuolunmaz təşkilat kimi tanınması ilə bağlı məlumatlar çatdırılıb.
Bəyanatda iddia edilib ki, Rusiyada fəaliyyət göstərən bu təşkilatlar “Səfirliyin dəstəyi ilə təhsil və mədəniyyət mübadiləsi adı altında anti-Rusiya proqram və layihələrinin həyata keçirilməsi üçün təsir agentləri cəlb etmək məqsədi daşıyır”.
Bəyanatda bu təşkilatlara hər cür dəstəyin dayandırılması ilə bağlı səfirliyə nota verildiyi vurğulanıb və deyilir: “Rusiya Federasiyasının daxili işlərinə qarışmaq cəhdlərində, o cümlədən təxribat hərəkətlərində iştirak edən ABŞ səfirliyinin əməkdaşları seçkilər və xüsusi hərbi əməliyyatlar kontekstində dezinformasiyanın yayılması hətta persona non qrata kimi deportasiyaya səbəb ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB