Qəzzada ölənlərin sayı 30 min 800 nəfərə yüksəlib

Qəzzada ölənlərin sayı 30 min 800 nəfərə yüksəlib

İsrail ordusunun mühasirədə olan, xalqın ac və susuz qalmaq məcburiyyətində qaldığı Qəzza zolağına həyata keçirdiyi hücumlarda can itkisi son 24 saatda 83 nəfər artaraq 30 min 800-ə çatıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən verilən açıqlamada İsrailin 153 gündür həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.

Açıqlamada İsrail ordusunun son 24 saatda 83 fələstinlini öldürdüyü, ümumi itkilərin isə 30 min 800 nəfərə yüksəldiyi bildirilib. Qeyd olunub ki, son hücumlarda 142 fələstinli yaralanıb, yaralıların ümumi sayı 72 min 298-ə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə