“Ateş” hərbi partizan hərəkatının üzvü Moskva yaxınlığındakı dəmir yolunda təxribat törədib. O, rusların cəbhəyə hərbi təchizat aparmasının qarşısını almaq üçün partlayış törədib. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə hərəkatın Telegram kanalında məlumat verilib.
Qeyd edək ki, onlar görüntüləri dərc edib və təxribatın yerini göstəriblər.
O da qeyd olunur ki, diversant Qolovkovo dəmir yolu stansiyası yaxınlığındakı estafet kabinetini uğurla məhv edib. Yeri gəlmişkən, bu ərazi Rusiya Federasiyasının Moskva vilayətinin Solneçnoqorsk rayonunda yerləşir.
Verilən məlumatlara görə, bu hərəkət Rusiyanın hərbi məqsədlər üçün istifadə etdiyi Moskva ətrafında dəmir yolu xətti ilə qatarların hərəkətinə mane olub.
...Məqsədimiz Putin rejiminin cəbhə xəttinə hərbi təchizatını dayandırmaqdır. Bunu etmək olar! Bunun üçün Rusiya Federasiyası ərazisində olan insanların köməyinə ehtiyacımız var.
Bunu deyən “Ate” hərbi partizan hərəkatının üzvü insanları hərəkata qoşulmağa çağırıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB