Bu arada prezident Cozef Baydenin administrasiyası Ukraynaya təcili dəstək vermək üçün ABŞ-ın hərbi maliyyəsindən təxminən 200 milyon dollar istifadə etməyi nəzərdən keçirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Bloomberg yayıb.
Qeyd olunur ki, ayrılan maliyyə vəsaiti kritik silahlar, təchizat və digər avadanlıqların ödənilməsinə yönəldilə bilər.
Qeyd edək ki, Ukrayna hazırda artilleriya çatışmazlığı ilə üzləşir və rus qoşunları son həftələrdə kiçik də olsa, hər halda ərazi qazanmalarına nail ola biliblər.
...Pentaqon ehtiyatlarının kiçik həcmdə istifadəsi ilə bağlı müzakirələr Ağ Evin Ukraynaya hər hansı mümkün dəstəyi tapmaq üçün göstərdiyi şiddətli səyləri vurğulayır.
Bunu Bloomberg yazır.
Nəşrin mənbələri yekun qərarın hələ verilmədiyini bildirir. Ağ Ev ABŞ Konqresinin Nümayəndələr Palatasını Ukraynaya yardım haqqında qanun layihəsini qəbul etməyə inandırmağa yönəlib.
Bayden əmindir ki, Nümayəndələr Palatasının sədri qanun layihəsini səsverməyə qoysa, o, səslərin böyük əksəriyyəti ilə qəbul olunacaq.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB