Seneqal Prezidenti Maki Sal prezident seçkilərini martın 24-nə təyin edib. SİA xəbər verir ki, bu barədə Afrika ölkəsi prezidentinin administrasiyasının bəyanatına istinadən “Reuters” məlumat yayıb.
Salın qərarı Konstitusiya Şurasının iyunun 2-də prezident seçkilərinin keçirilməsi ilə bağlı dövlət başçısının təklifini konstitusiyaya zidd elan etməsindən sonra verilib.
Seneqalda prezident seçkiləri, əgər birincidə namizədlərdən heç biri 50 %+1 səs toplaya bilməsə, iki turda keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB