Konqresmen Fillips prezidentlik yarışından imtina edib

Konqresmen Fillips prezidentlik yarışından imtina edib

Bu arada Konqresmen Din Fillips də ABŞ prezident seçkilərində namizədliyini geri götürdüyünü açıqlayıb.

SİA xəbər verir ki, bu barədə RİA Novosti WCCO Radio-ya istinadən məlumat yayıb.

Qeyd edək ki, Phillips tərəfdarlarını ölkənin hazırkı prezidenti Cozef Baydenə səs verməyə çağırıb.

Daha sonra o, Konqresə namizədliyini irəli sürdüyünü və namizədliyini yalnız ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı çıxmaq üçün elan etdiyini bildirib.

...Mən kampaniyamı dayandırıram və Cozef Baydeni dəstəkləyirəm. Aydındır ki, Cozef Bayden bizim namizədimizdir.

Xatırladaq ki, daha əvvəl Tramp Baydenin siyasətini ABŞ-ın dünyada ələ salınmasının səbəbi adlandırmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə