ABŞ prezidenti Cozef Bayden respublikaçı Nikki Heyli tərəfdarlarını 2024-cü ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkilərində onu dəstəkləməyə çağırıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “The Hill” yazır.
Xatırladaq ki, bu gün səhər saatlarında Heyli prezidentlik yarışından imtina etdiyini açıqlayıb.
Baydenin sözlərinə görə, respublikaçı kimi seçkilərdə iştirak etmək niyyətində olan keçmiş ABŞ prezidenti Donald Tramp Nikki Heylinin tərəfdarları ilə maraqlanmadığını açıq şəkildə ifadə edib. Amma mən aydın şəkildə demək istəyirəm: mənim seçki kampaniyamda bu insanlara yer var.
Heyli haqqında danışan Bayden “prezidentliyə namizəd olmaq üçün cəsarətli olmalısan” deyib.
O, Heylini Donald Tramp haqqında həqiqəti söyləməyə cəsarət edən azsaylılardan biri adlandırıb.
...Nikki Heyli Tramp, onu həmişə izləyən xaos, doğru ilə yanlışı ayıra bilməməsi haqqında həqiqəti söyləməyə hazır idi.
Bunu Bayden bildirib.
...Artıq namizəd olmasam da, inandığım şeylər haqqında danışmağı dayandırmayacağam.
Qeyd edək ki, bunu deyib Trampı uğuruna görə təbrik edən Heyli, lakin onun kampaniyasını dəstəkləməyib.
Bu arada Tramp Heyli mübarizədən çəkildikdən sonra, onun seçki kampaniyası üçün pulun çox hissəsinin radikal sol demokratlardan gəldiyini söyləyib.
Bundan başqa, eks-prezidentin sözlərinə görə, ona səs verənlərin çoxu respublikaçı deyil.
Və buna baxmayaraq, Tramp da Heylinin tərəfdarlarını onu dəstəkləməyə çağırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB