Sudan Ukraynaya silah tədarükünü dayandırıb

Sudan Ukraynaya silah tədarükünü dayandırıb

Sudanın xarici işlər naziri Əli əs-Sadek Əli Ukraynaya silah tədarükü ilə bağlı xəbərləri təkzib edib.

SİA xəbər verir ki, o, bu barədə RİA Novosti-yə müsahibəsində bildirib.

Bundan əvvəl Amerika KİV-ləri Keçid Suveren Şurasının rəhbəri və Sudan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Əbdül Attah əl-Burhanın xüsusi hərbi əməliyyatın fəaliyyətə başlamasından sonra Kiyevi gizli şəkildə silahla təmin etdiyini bildirib.

Bundan əlavə, dövlətin ərazisində Ukrayna hərbçilərinin də olduğu iddia edilirdi.

…Əli bu məlumatı təkzib edib. Onun sözlərinə görə, Sudanda “Ukrayna diplomatik və ya hərbi mövcudluğu” yoxdur. Əli həmçinin qeyd edib ki, ölkə Kiyevə silah tədarük etməyib. O, bunu “mümkünsüz” adlandırıb, çünki Sudanın “xarici ixrac oluna bilən silahları yoxdur”.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə