"Rusiya bu döyüşdən sağ çıxa bilməyəcək..."

"Rusiya bu döyüşdən sağ çıxa bilməyəcək..."

Bu arada “Rossiya 1” dövlət telekanalında yayımlanan “60 dəqiqə” adlı təbliğat tok-şousunda Rusiya Federasiyasının Qərbə qarşı müharibədən sağ çıxa bilməyəcəyi barədə həqiqət...axır ki, səsləndirilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu həqiqəti Dövlət Dumasının deputatı Leonid Kalaşnikov səsləndirib.

...Beləliklə, rusiyalı deputat qeyd edib ki, bu gün ABŞ və Avropada 1 milyarda yaxın insan yaşayır. Və 144 milyondan az əhalisi, ləng iqtisadiyyatı və köhnəlmiş silahları ilə Rusiya Qərb üçün ciddi təhlükə yaratmır.

...Düzünü desəm, Avropa və Amerika - orada yarım milyard insan var, onların iqtisadiyyatı böyükdür. 145 milyon nəfərlik iqtisadiyyatımız var. Obyektiv olaraq, biz adi silahlarda yenə də uduzacağıq. Hara gedirik? Və biz insanlarda da uduzacağıq.

Kalaşnikov deyib bunu və “...təcavüzü dayandırmaq və Qərblə münasibətləri yaxşılaşdırmaq əvəzinə, Rusiyalı deputatlar ABŞ və Avropa ittifaqına qarşı təhdidləri artırmağı təklif edirlər”-əlavə edib.

Qeyd edək ki, Kalaşnikov Kremldən daha ciddi “qırmızı xətlər” tələb edib.

...Və biz onlara bu “qırmızı xətləri” qoymasaq, onlar bu və ya digər şəkildə “Taurus”ları bizə tuşlayıb üstümüzə gələcəklər.

Biz bu “qırmızı xətləri” daha ciddi şəkildə çəkib deməliyik: Budur, uşaqlar, oyuncaqlar bitdi.

Bunu da rusiyalı deputat bildirib.

...Bu sözlərə tok-şou aparıcısı Olqa Skabeevanın reaksiyası göstərici olub. Kreml təbliğatçısı Rusiyanın zəifliyi ilə bağlı həqiqətdən “qarışıq” idi və kommunistə etiraz etməyə cəsarət etmirdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə