Rusiyada gələcəyin “zombi əsgər”ləri uşaq bağçasında yetişdirilir?

...Rusiya məktəbəqədər təhsil Kremlin təbliğatının növbəti qurbanıdır.

Bunu mən yox, rus saytları yazır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, rus uşaqlarına hələ məktəbdən əvvəl "Vətənləri üçün ölməli olduqlarını" izah edirlər.

Belə ki, Rusiyada uşaq bağçalarının hərbiləşdirilməsi artıq sadəcə internet memlarının mənbəyi deyil.

Belə ki, 2024-cü ilin fevralından məktəbəqədər uşaqlar arasında Kreml ideologiyasının aşılanmasının tənqidi İnzibati Məcəlləyə əsasən cəzalandırılır.

...Rusiyada uşaq bağçalarının dövlət təbliğatının hədəfləri siyahısına salınması qaçılmaz olub.

Nələr olmur?

Deməli, bu il yanvarın sonunda İrkutsk sakini Natalya uşağını uşaq bağçasına gətirib. Amma bağçadakı hərbi mövzulu oyuncaqların çoxluğu onun diqqətini çəkib.

Valideyn bununla bağlı narazılıq bildirib.

Təbii ki, bağça rəhbərliyi “vətənpərvər olmayan” valideyn barədə lazımi təçkilatları məlumatlandırıb.

...Və İrkutsk şəhərinin Leninski Rayon Məhkəməsi Nataliyanı İnzibati Məcəllənin 20.3.3-cü maddəsinə əsasən “Silahlı qüvvələrin nüfuzdan salınmasına görə” 35 min rubl məbləğində cərimələyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə