...Ermənistan Rusiya sərhədçilərinin “Zvartnots” hava limanında olması ilə bağlı Rusiyaya rəsmi məktub göndərib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Onun sözlərinə görə, Ermənistan sərhəd qoşunları hava limanında xidmət keçməlidir.
...Ermənistan Rusiya Federasiyasına aydın mövqe ilə rəsmi məktub göndərib. Biz məlumat vermişdik ki, Ermənistan sərhəd qoşunları “Zvartnots” hava limanında xidmət etməlidir.
Qriqoryan bildirib bunu.
Fevralın sonunda Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan rus sərhədçilərini “Zvartnots” hava limanından çıxarmağa çağırıb.
Kremlin sözçüsü Dmitri Peskov isə Rusiyaya bu qərarla bağlı rəsmi kanallar vasitəsilə məlumat verilmədiyini bildirib. Xatırladaq ki, Rusiya sərhədçiləri 1992-ci il müqaviləsinə əsasən Ermənistandadır.
Onu da xatərladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı sərhəd idarəsinə dörd dəstə - Gümrü, Armavir, Artaşat və Meqridə, həmçinin Zvartnots hava limanında nəzarət-buraxılış məntəqəsi daxildir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB