Frankfurt hava limanı sərnişinlər üçün bağlanacaq

Frankfurt hava limanı sərnişinlər üçün bağlanacaq

Almaniyanın ən böyük hava limanı olan Frankfurt hava limanını idarə edən Fraport, təhlükəsizlik işçilərinin tətili səbəbi ilə sabah sərnişinlər üçün bağlanacağını açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Fraport-dan verilən açıqlamada tətilin gün ərzində böyük ləngimələrə və uçuşların ləğvinə səbəb olacağı vurğulanıb.

Qeyd olunub ki, Frankfurt Hava Limanından uçuş edən sərnişinlər qanuni olaraq tələb olunan təhlükəsizlik yoxlamalarından keçə bilməyəcək. Tətillə əlaqədar Hamburq hava limanında sabaha planlaşdırılan 141 reys təxirə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə