Yazıçının oğlu adam öldürdükdən sonra xaricə qaçıb

Yazıçının oğlu adam öldürdükdən sonra xaricə qaçıb

Türk yazıçı Eylem Tokun 16 yaşlı oğlu ailəsinə məxsus "Porsche" markalı maşınla bir nəfəri vurub. Qəza nəticəsində 29 yaşlı Oğuz Murad Avcı vəfat edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Eylem Tok oğlunu xaricə qaçırıb.

"Bir ana olaraq oğlumu hələlik xaricə göndərdim. Zərərçəkənin öldüyünü bilmirdik. Bu, analıq instinktidir, xahiş edirəm, məni də başa düşün. Özüm və oğlum adına üzr istəyirəm" ,- deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə