"Biz danışıqları davam etdirəcəyik" - HƏMAS-dan atəşkəs BƏYANATI

"Biz danışıqları davam etdirəcəyik" - HƏMAS-dan atəşkəs BƏYANATI

ABŞ, Qətər və Misirin vasitəçiliyi ilə İsrail və HƏMAS arasında əsir mübadiləsi və atəşkəs razılaşmasına nail olmaq üçün diplomatik səylər davam edir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, HƏMAS-ın atəşkəs danışıqları ilə bağlı verdiyi açıqlamada bu ifadələrdən istifadə edilib: “Biz xalqımıza qarşı hücumu hərtərəfli dayandırmaq üçün lazımi çevikliyi nümayiş etdiririk, lakin işğalçı (İsrail) hələ də bu müqavilədə nəzərdə tutulan şərtlərdən yayınır".

HƏMAS-ın danışıqları vasitəçilər vasitəsilə davam etdirəcəyi bildirilib.

Qətər və Misir İsrail və HƏMAS arasında dolayı danışıqlarda Ramazan ayına qədər 40 günlük atəşkəsə nail olmağa çalışır. Nəhayət, martın 3-də Misirin paytaxtı Qahirədə Misir, Qətər, ABŞ və HƏMAS-ın iştirakı ilə danışıqlar başlayıb. Dünən başa çatdığı bildirilən danışıqların uzadıldığı açıqlanıb. HƏMAS Siyasi Bürosunun üzvü Usamə Həmdan dünən axşam verdiyi açıqlamada Misir və Qətər vasitəçilərinin onlara təqdim etdikləri atəşkəs razılaşması ilə bağlı təklifə cavab verdiklərini və "Qəzza zolağında atəşkəs razılaşmasının əldə olunmasına mane olan İsraildir" fikrini əlavə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə