Hakan Fidanın ABŞ səfərinin məqsədi BƏLLİ OLDU

Hakan Fidanın ABŞ səfərinin məqsədi BƏLLİ OLDU

Türkiyə xarici işlər naziri Hakan Fidan 7-8 mart 2024-cü il tarixlərində ABŞ-da rəsmi səfərdə olacaq. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib: "Nazirimiz 7-8 mart 2024-cü il tarixlərində ABŞ-a rəsmi səfər edəcək. Bu səfər çərçivəsində Türkiyə-ABŞ Strateji Mexanizm toplantısı keçiriləcək. Bu çərçivədə Nazir amerikalı həmkarı Antoni Blinkenlə görüşəcək. Onların bir araya gələrək regional və qlobal hadisələrlə yanaşı, ikitərəfli münasibətlərimizlə bağlı fikir mübadiləsi aparacaqları da nəzərdə tutulur”.

Bütün xəbərlər Facebook səhifəmizdə