Ruslar hindistanlı turistləri tutub Ukraynaya-döyüşməyə göndərir..?

Ruslar hindistanlı turistləri tutub Ukraynaya-döyüşməyə göndərir..?

...Bu arada yeddi Hindistan vətəndaşı Rusiya Federasiyasını adam oğurluğu və məcburi işə cəlb etməkdə ittiham edib.

SİA Dialoq.UA istinadən xəbər verir ki, məhbusların kömək istəməsini əks etdirən video əvvəlcə “X” sosial şəbəkəsində yayımlanıb.

Beləliklə, Rusiya Silahlı Qüvvələrinin hərbi formasını geyinmiş hindlilar videomüraciət yazaraq, onları evlərinə qaytarmağı xahiş ediblər.

Onlar bildirirlər ki, Ukraynaya “istənilən vaxt döyüş əməliyyatlarında iştirak etmək üçün göndərilə bilərlər. ...Hindistan mediası iddia edir ki, kişilər 2023-cü ilin dekabr ayının sonunda Rusiyaya Yeni ili orada qeyd etmək üçün turist kimi gediblər.

Səyahət agenti problemlərin başladığı Belarusa da getməyi təklif etdi. “Biz bilmirdik ki, vizaya ehtiyacımız var... Belarusa gələndə agent bizdən pul istədi, sonra yoxa çıxdı”, - deyə əsirlərdən biri bildirib.

...Bundan sonra Belarus təhlükəsizlik qüvvələri onları saxlayaraq Rusiyaya geri göndərib və orada onlar həbs olunublar.

Bundan sonra rus dilində bəzi sənədləri imzalayan hindlilar Rusiya Federasiyası ordusuna daxil ediliblər.

Onlar 15 günlük təlimi başa vurublar və açıq şəkildə getmək istəmədikləri cəbhəyə göndəriləcəkləri günü gözləyirlər.

...Bizi Ukraynaya qarşı müharibədə döyüşməyə məcbur edirlər.

Hindistan vətəndaşları dad edib şikayətlənirlər. İddia edirlər ki, ruslar onları şantaj edir, cəbhəyə getməyəcəkləri təqdirdə 10 il həbslə hədələyirlər.

Yenə bu arada, “The Indian Express”in yazdığına görə, hindistanlı kişilər Rusiyaya turist kimi yox, mülki sahədə işləmək üçün gedibmişlər. Görünür, bu, ilk belə hal deyil. Fevral ayında Hindistan hökuməti müharibədə iştirak edən 20 vətəndaşının Rusiyadan geri qaytarılması üçün çalışdığını bildirmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə