Rusiyada İES-də partlayış olub - 16 nəfər yaralanıb

Rusiyada İES-də partlayış olub - 16 nəfər yaralanıb

Rusiya Federasiyasının Tuva Respublikasında istilik elektirik stansiyasında (İES) partlayış olub. SİA xəbər verir ki, bu barədə yerli kütləvi informasiya vasitələri məlumat yayıb. Uluq-Xem rayonundakı Şagoran İES-də baş vermiş partlayış nəticəsində 16 nəfər xəsarət alıb. Hadisə zamanı ərazidə 23 nəfər olub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə