Xüsusi təyinatlıların əməkdaşları qanunsuz partlayıcı saxlamaqda şübhəli bilinən Makeyevka sakinini saxlayıblar. SİA-nın əldə etdiyi məlumata görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin DXR üzrə mətbuat xidməti xəbər verir ki, onun yaşayış yerinə baxış zamanı beş kiloqramdan çox qara toz aşkar edilərək götürülüb.
Əməliyyat materialları prosessual qərarın qəbul edilməsi üçün Daxili İşlər Nazirliyinin DXR üzrə İstintaq İdarəsinə verilib.
Qeyd edək ki, bundan əvvəl Ukraynanın Zaporojye vilayətində terror aktları təşkil etməyi planlaşdırdığı maddələri Qərb ölkələrindən ala biləcəyi barədə məlumat yayılmışdı.
Söhbət FTX tərəfindən saxlanılan Melitopol sakini Dilyavər Kurşutovun üzərində aparılan axtarışlar zamanı aşkar edilən kimyəvi döyüş maddəsi BZ-dən gedir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB