Böyük Britaniya milyarder İqor Makarovu sanksiyalar siyahısından çıxarıb.
SİA-nın əldə etdiyi məlumata görə, Rusiyanın “İtera” qaz şirkətinin təsisçisi 2022-ci ildə məhdudiyyətlərə məruz qalmışdı.
Britaniya hökumətinin saytında yer alan mesajda qeyd olunur ki, Makarovun əməliyyat şirkəti Areti artıq Rusiyanın enerji sektorunda fəaliyyət göstərmir.
Qərarın başqa təfərrüatları barədə məlumat verilməyib.
2022-ci ildə Britaniya hökuməti milyarderin Rusiya hökumətini dəstəklədiyini və ya ondan əhəmiyyətli faydalar aldığını eləcə də Moskva üçün strateji əhəmiyyət kəsb edən ərazidə fəaliyyət göstərdiyini bildirmişdi.
Onunla yanaşı, inşaatçılar Qod Nisanov və Zarax İliyev, Ural Mədən-Metallurgiya Şirkətinin təsisçisi İskəndər Mahmudova da sanksiya verilib.
Növbəti il iş adamı Rusiya vətəndaşlığından imtina etdi. O, hazırda Kipr vətəndaşıdır. Britaniya hökumətinin saytında o, Türkmənistan vətəndaşı kimi qeyd olunub.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB