Artıq xəbər verildiyi kimi, ABŞ dövlət katibinin müavini Viktoriya Nuland vəzifəsini tərk edəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Dövlət Departamentinin rəhbəri Entoni Blinken bildirib.
Müvafiq məlumat Amerika Xarici İşlər Nazirliyinin rəsmi saytında da yer alıb. Blinken Nulandın tezliklə istefa verəcəyini vurğulayıb. O, siyasətçiyə peşəkar uğurlarına görə təşəkkür edib.
Dövlət Departamenti rəhbərinin sözlərinə görə, Nuland diplomatiyanı Birləşmiş Ştatların xarici siyasətində mərkəzi yerə qaytarmağa çalışıb.
Blinken onu da deyib ki, Cozef Bayden administrasiyası qismən Nulandın səyləri sayəsində Amerikanı bir daha “kritik zamanda qlobal lider” kimi yerləşdirib.
...Con Bass müvəqqəti olaraq dövlət katibinin siyasi məsələlər üzrə müavini vəzifəsini icra edəcək.
Qeyd edək ki, Nulandın getməsinin səbəbləri barədə heç nə məlum deyil.
Xatırladaq ki, Viktoriya Nuland 2011-2013-cü illərdə Dövlət Departamentinin rəsmi nümayəndəsi vəzifəsində çalışıb. Daha sonra o, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi olub. Donald Trampın prezidentliyi dövründə Nuland hökuməti tərk etdi, lakin 2021-ci ilin mayında Baydenin dəvətindən sonra geri qayıtdı.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB