İordaniya dost ölkələrlə Qəzza zolağına yardım çatdırıb

İordaniya dost ölkələrlə Qəzza zolağına yardım çatdırıb

İordaniya dost ölkələrlə Qəzza zolağının şimalına humanitar yardım göndərdiklərini açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, məsələ ilə bağlı İordaniya ordusunun rəsmi saytında açıqlama verilib.

Açıqlamada 8 təyyarənin "dost və qardaş" ölkələrlə birgə Qəzzanın şimalına ərzaq və humanitar yardım atdığı, İordaniya Silahlı Qüvvələrinin Kral Hərbi Hava Qüvvələrinə aid 3 ədəd C-130 tipli təyyarədən də istifadə etdiyi bildirilib. Bununla yanaşı 3 ABŞ, 1 Misir və 1 Fransa təyyarəsi ilə yardımın çatdırıldığı ifadə edilib.

Açıqlamada “Bu, indiyə qədər həyata keçirilən ən böyük yardım əməliyyatıdır və yardım Qəzzanın şimalındakı müxtəlif nöqtələrə göndərilib" deyilib.

Açıqlamada həmçinin, İsrailin Qəzzaya hücumlarına başladığı 7 oktyabrdan bu yana 15-i dost ölkələrlə əməkdaşlıq edilərək cəmi 28 hava yardımının edildiyi, 15-nin dost ölkələrlə əməkdaşlıq edildiyi qeyd olunub.

Qeyd edək ki, İsrail Qəzzaya, xüsusən də şimala quru yardımının girişini əngəlləyir. Bu səbəbdən İordaniya ilə yanaşı Misir və bəzi ölkələr də Qəzzaya hava yolu ilə humanitar yardım çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə