Beynəlxalq Cinayət Məhkəməsi iki rus komandirin həbsinə order verib

Beynəlxalq Cinayət Məhkəməsi iki rus komandirin həbsinə order verib

Bu arada Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın iki yüksək rütbəli hərbi məmuru: uzaqmənzilli aviasiya komandiri general-leytenant Sergey Kobylaş və Qara dəniz donanmasının komandanı admiral Viktor Sokolovun həbsinə order verib.

SİA-nın əldə etdiyi məlumata görə, onlar hərbi cinayətlər törətməkdə şübhəli bilinirlər.

...Söhbət Ukraynaya raket və hava zərbələrindən gedir.

Qeyd edək ki, məhz onların əmri nəticədə mülki obyekt və şəxslərə ziyan dəyib.

Məhkəmənin məlumatına görə, Kobylaş və Sokolov mülki obyektlərə zərbələr endirməkdə, mülki şəxslərə həddindən artıq təsadüfi zərər vurmaqda və ya mülki obyektlərə ziyan vurmaqda insanlığa qarşı cinayətlərdə şübhəli bilinirlər.

...Onların yuxarıda qeyd olunan cinayətlərə görə fərdi qaydada cinayət məsuliyyəti daşıdığını düşünmək üçün ağlabatan əsaslar var.

Bu Haaqa Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən bildirilib.

Onlar cinayətlərin törədilməsinə göstəriş verdiyinə və ya onların tabeliyində olan qüvvələrə lazımi nəzarəti həyata keçirmədiyinə görə məsuliyyət daşıyırlar.

Mətndə qeyd olunur ki, hərbçilər ən azı 2022-ci il oktyabrın 10-dan 2023-cü il martın 9-dək tabeliyində olan qüvvələr tərəfindən Ukraynanın enerji infrastrukturuna həyata keçirilən raket hücumlarına görə məsuliyyət daşıdıqları da qeyd edilir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə