Rusiya prezidenti Vladimir Putin ölkənin aqrar-sənaye kompleksinin işini yoxlamaq üçün Stavropol şəhərinə gəlib. SİA-nın əldə etdiyi məlumata görə bu barədə “İnterfaks” xəbər verir.
Putin kənd təsərrüfatı sektorunun nümayəndələri ilə görüşmək və onlarla mövcud iqtisadi şəraitdə iş perspektivlərini müzakirə etmək istəyir.
Prezident “Eko-Kultura” aqrosənaye holdinqinin “Solneçnı dar” MMC-nin istixana kompleksinə baş çəkəcək. Müəssisənin əsas vəzifəsi tərəvəzləri kimyəvi maddələr və konservantlar əlavə etmədən yetişdirməkdir.
Bundan əlavə, Putin Leninqrad, Belqorod vilayətlərində və Mordoviyada onlayn rejimdə yeni istehsal müəssisələri açmaq niyyətindədir.
Dövlət başçısının Stavropol diyarının qubernatoru Vladimir Vladimirovla da görüşü nəzərdə tutulub.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB