Sergey Şoyqu Rusiya Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşüb

Rusiyanın müdafiə naziri Sergey Şoyqu NATO-nun genişlənməsi və Rusiya sərhədlərində hərbi potensial yaratmasına qarşı iki yeni hərbi zona yaratdıqlarını açıqlayıb.

SİA xəbər verir ki, Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşdə çıxış edən Sergey Şoyqu ölkə daxilində yeni hərbi zonaların yaradıldığı barədə məlumat verib.

NATO-nun Rusiya sərhədləri yaxınlığında hərbi potensial yaratdığını, Finlandiyanın NATO üzvü olduğunu və İsveçin Alyansa qoşulacağını xatırladan Sergey Şoyqu deyib: "Biz şimal-qərb və qərb strateji istiqamətlərdə qoşun qruplaşmalarının gücləndirilməsi istiqamətində addımlar atmışıq. Leninqrad və Moskva hərbi bölgələri başda olmaqla iki xüsusi strateji regional bölmə yaradılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə