Hakan Fidan ABŞ-a səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın dövlət katibi Entoni Blinkenin dəvəti ilə martın 7-8-də ABŞ-a rəsmi səfər edəcək.

SİA xəbər verir ki, diplomatik mənbələrdən əldə edilən məlumata görə, Hakan Fidanın səfəri çərçivəsində keçiriləcək 7-ci Türkiyə-ABŞ Strateji Mexanizm görüşü çərçivəsində tərəflər müvafiq qurumların nümayəndələrinin iştirakı ilə geniş spektrli ikitərəfli əməkdaşlıq sahələrini hərtərəfli müzakirə edəcəklər.

Tərəflər mühüm qlobal və regional hadisələrlə bağlı hərtərəfli danışıqlar aparacaqlar.

Hakan Fidanın Vaşinqtona səfəri zamanı ABŞ Senatının üzvləri ilə görüşü və ABŞ prezidenti Cozef Baydenin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivanla görüşü gözlənilir.

Hakan Fidan səfər çərçivəsində beyin mərkəzlərinin tədbirlərində də iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə