BMT-nin Qəzzadakı nümayəndələri terroru dəstəkləyib? - SENSASSİYA

İsrail ordusu Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) 450-dən çox əməkdaşının Qəzza zolağında terror fəaliyyətlərində iştirak etdiyi barədə məlumatlara malik olduğunu bildirib. SİA ərəb mənbələrinə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Daniel Haqari brifinqdə bildirib.

Haqarinin sözlərinə görə, radikal Fələstinin HƏMAS hərəkatı “humanitar təşkilatlardan sui-istifadə edir və onlardan insanlığa qarşı cinayətlər törətmək üçün istifadə edir: “UNRWA-nın 450-dən çox əməkdaşı Qəzzada terrorçu qrupların döyüşçüləridir. Bu, təsadüfi deyil, sistemli bir hadisədir”.

UNRWA-nın baş komissarı Filip Lazzarini brifinqdə bildirib ki, İsrail hakimiyyəti BMT agentliyinin hər hansı əməkdaşının Fələstinin HƏMAS radikal hərəkatının fəaliyyətində, o cümlədən 2023-cü il oktyabrın 7-də baş vermiş hücumda iştirakına dair sübut təqdim etməyib: “Mənə diqqət çəkən tək şey iddialar oldu. Heç bir əsaslandırma və sübut təqdim edilməyib”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə