Bizdə onu necə deyirlər: nə bilim Vallah..?

İndi də deyirlər, Medvedev bunu deməklə guya Kremli ciddi şəkildə aşağılayıb?

...Maraqlıdır, indi bəziləri Medvedevin dünən dediklərini ciddi qəbul etməməyi “məsləhət görür”? Ancaq burada bir nüans var axı. Belə ki, hazırda Medvedev kənar bir yerdə deyil,.. Kremldə,..vəzifə başındadır.

Yəni Rusiya Federasiyası Təhlükəsizlik Şurasında Putindən sonra ikinci “sözükeçən” bir adamdır(?).

Amma etiraf edilməlidir ki, ilk dəfə məhz onun simasında Rusiya Ukrayna ilə müharibədə öz vəzifələrini rəsmi şəkildə dilə gətirib.

...Hə, yadımdaykən Sizə də xatırladım. Gərək ki, Sizin də yadınızda qalmış olar, yəni dünən SİA-nın da yazdığı kimi,.. Medvedev “mərdi-mərdanə” bütün (?) Ukraynanı “əzəli və əbədi” Rusiya torpaqları olduğunu bəyan etdi.

...Və Ukrayna təslim olana qədər müharibə edəcəklərini vəd etdi. Bundan əlavə, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini ukraynalı siyasətçilərin bəyanatlarına bir “iks” qoyaraq, bu ölkəni Rusiyanın bir hissəsi olduğunu və ona görə də Moskvanın bütün bu ərazilərdə nəzarəti bərqərar etməyə hazırlaşdığını dedi.

...Əslində burada qeyri-adi heç nə yoxdur. Çünki bu uzun müddət idi ki, Kremldən yarı rəsmi, yarı da eyhamlarla eşidilirdi, amma...

Yuxarıda “maraqlıdır” demişdik, deyim ki, həmən o maraqlı sözü burada da yerinə düşə bilər.

Deməli, bir sıra siyasətçilər, yəni Putinin maraqlarına görə dostları üçün çətin günlər gəlir. Etiraf edilməlidir ki, bu cür yüksək rəsmi tanınma əvvəllər deyilənlərin çoxunu təkzib edir. İndi belə məlum olur ki, Rusiyanın vaxtilə beynəlxalq səviyyədə tanıdığı qonşu dövlətin sərhədlərini pozub orada da “hakimi mütləq” olmaq istəyir?

Və indi belə məlum olur ki, Putin Rusiyası ilə bütün sülh çağırış və danışıqları sadəcə təslim olmaq formasıdır.

...Yəni Ukrayna təslim olmalı və NATO-nun sərhədyanı ölkələrini Putinin sonrakı təcavüzünə məruz qoymalıdır?

Bizdə onu necə deyirlər: nə bilim Vallah..?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə