Mühafizəkarlar Partiyasının reytinqi düşür

“Ipsos” araşdırmasına görə, Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının reytinqi 20 faizə düşüb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu, son 46 ildə Torilərə verilən ən aşağı dəstək səviyyəsidir. Hazırkı Mühafizəkar Baş nazir Rişi Sunakın rəhbərlik etdiyi partiya son bir neçə ay ərzində reytinqlərində 7 faiz itirib. Leyboristlər Partiyasının əsas rəqibləri Britaniyanın 47 faizini dəstəkləyir.

Eyni zamanda respondentlərin 83 faizi Sunak komandasının işini tənqid edir, yalnız 10 faiz hökumətdən razıdır.

Baş nazirin fəaliyyətini isə 19 faiz bəyənir, 73 faiz qismən bəyənmir və ya tamamilə rədd edir.

Qeyd edək ki, “Ipsos” sorğu şirkəti hər ay sorğular dərc edir. Cari araşdırma ölkə daxilində 1 minə yaxın vətəndaşı əhatə edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə