Fransa qadınların abort hüququnu ölkə Konstitusiyasına daxil edib

Qeyd edək ki, bu təşəbbüs də prezident Emmanuel Makrondan gəlib

Fransa parlamenti bazar ertəsi qadınların arzuolunmaz hamiləliyə son qoymaq hüququnun ölkə Konstitusiyasında təsbit edilməsinə qərar verib. Bundan əvvəl parlamentin yuxarı palatası olan Senat da buna səs vermişdi.

SİA-nın əldə etdiyi məlumata görə, Fransa dünyada abort hüququnun Əsas Qanunla təmin olunduğu ilk ölkə olacaq.

…Biz bütün qadınlara deyirik: vücudunuz yalnız sizə məxsusdur və heç kimin sizin yerinizə qərar vermək hüququ yoxdur.

..Nə gözəl, nə gözəl! Qeyd edək ki, parlamentin qərarını Fransanın baş naziri Qabriel Attal belə şərh edib.

Qeyd edək ki, sağçı və dini cərəyanlar qadınların abort hüququnun konstitusiyaya daxil edilməsinə qarşı çıxıblar. Onlar iddia edirdilər ki, belə bir addımın atılması lazım deyil, çünki qadının istəyi ilə abort etmək imkanı artıq Fransa qanunları ilə təmin olunub.

Bununla belə, onların əleyhdarları iddia edirdilər ki, Konstitusiyaya abort hüququnun əlavə edilməsi gələcəkdə hüququn məhdudlaşdırılması cəhdlərini çətinləşdirməlidir.

…Burada, Makrona, necə deyərlər bir “halal olsun” deyək? Çünki abort üçün “zəmanətli azadlıq”ın Konstitusiyaya daxil edilməsi təşəbbüsü məhz prezident Emmanueldən gəlib. Fransa prezidentinin administrasiyasının bu mövzuda ümumxalq referendumundan qaçmaq istədiyini nəzərə alaraq, Yelisey sarayı məhz bu variantı üstün adlandırıb.

Yeri gəlmişkən, Fransada 1974-cü ildən qadının tələbi ilə abort əməliyyatları qanuniləşdirilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə