Qərbdə Putinin qabağına çıxa biləcək siyasi lider yoxdur?

Avrasiya təhlükəsizlik arxitekturası əhəmiyyətli, vacib ideyadır, lakin Avropada onu qəbul etməyə və həyata keçirməyə hazır olan heç kim yoxdur..?

...Vladimir Putin Avrasiya təhlükəsizlik arxitekturasının qurulmasının vacib mövzusunu qaldırır, lakin onun Avropada bu məsələ ilə bağlı danışıqlar üçün layiqli tərəfdaşı yoxdur.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Karin Knaysl deyir.

“Flavio von Witzleben”-ə verdiyi müsahibədə Avstriyanın keçmiş xarici işlər naziri hazırkı avropalı siyasətçilərin belə bir mövzuya toxunmayacaqlarını deyir.

Knaysla görə, çünki onların bunun üçün nə bilikləri, nə də siyasi əsasları çatışmır.

...Tarixi xatırlasaq, keçmiş Fransa prezidenti, general Şarl de Qoll hələ 60-cı illərdə Vladimir Putinin təklif etdiyi Avrasiya təhlükəsizlik strukturunun perspektivi ilə müqayisə olunan fikirlər söyləmişdi.

Bunu da Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl deyir.

Sabiq nazirə görə, De Qoll transatlantik münasibətlərin tərəfdarı olmasa da, amma o, daim Asiya və Rusiyadan danışırdı.

Biz Avrasiya ilə hər zaman dialoqu davam etdirməliyik və etimadlı münasibətləri qorumalıyıq. Vankuverdən Vladivostoka qədər vahid danışıqlar məkanı kimi məsələlər də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Konfransında müzakirə edilməlidir.

Təbii ki, o zaman ATƏT yaradıldı, lakin təşkilat hazırda iflic vəziyyətə düşüb.

...Knayslın iddiasına görə, Avrasiya təhlükəsizlik arxitekturası əhəmiyyətli, vacib ideya olsa da, amma Avropada onu qəbul etməyə və həyata keçirməyə hazır olan heç kim yoxdur.

Bu isə prezident Putin üçün böyük dilemmadır - Avropada Helmut Şmidt və ya Jak Şirak çaplı heç kim qalmadığı halda danışıqlar üçün uyğun tərəfdaşı haradan tapmaq olar.

İndiki siyasətçilər bu məsələ ilə məşğul olmayacaqlar - onların buna ya biliyi, ya da güclü siyasi nüvəsi yoxdur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə