Ukrayna silahlı qüvvələri rusların cəmləşdiyi demək olar ki, onlarla əraziyə zərbələr endirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook” sosial şəbəkəsində operativ xəbərlərində deyilir.
...Gün ərzində Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası düşmənin şəxsi heyətinin və düşmən PUA-ları üçün yerüstü idarəetmə məntəqəsinin cəmləşdiyi 8 əraziyə zərbələr endirib.
Bundan əlavə bir ədəd X-59 idarəolunan təyyarə raketi Ukrayna hava hücumundan müdafiə qüvvələri və vasitələri tərəfindən məhv edilib.
...Raket qoşunlarının bölmələri şəxsi heyətin cəmləşdiyi əraziyə, hava hücumundan müdafiə sistemi və düşmənin 6 artilleriya silahını məğlubiyyətə uğradıb.
Bu da məlumatda deyilir.
Bununla yanaşı, öz növbəsində, düşmən ümumilikdə 5 raket və 44 hava zərbəsi endirib, Ukrayna qoşunlarının mövqelərinə və yaşayış məntəqələrinə çoxsaylı reaktiv yaylım atəş sistemlərindən 68 hücum həyata keçirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB