Almaniyada naməlum şəxs xəstəxanada insanları girov götürüb

Almaniyanın Axen şəhərində naməlum silahlı şəxs “Luisen” xəstəxanasında insanları girov götürüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Polis hadisə yerinə cəlb olunub, ərazi mühasirəyə alınıb. Xəstəxana ərazisinə xüsusi təyinatlılar göndərilir.

Ölənlər və naməlum şəxsin niyyəti barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə