Tədqiqat: Ən yoxsul ölkələrdə xoşbəxtlik səviyyəsi inkişaf etmiş ölkələrlə müqayisədə daha yüksəkdir

İnkişaf etməkdə olan və inkişaf etməmiş ölkələrdə yaşayan insanların xoşbəxtlik səviyyəsinin iqtisadi cəhətdən çiçəklənən ölkələrin sakinlərinə nisbətən daha yüksək olduğu ortaya çıxıb.

SİA-nın əldə etdiyi məlumata görə, İspaniya və Kanada alimləri bu nəticəyə gəliblər; onların araşdırması PNAS-da dərc edilib.

Qeyd edək ki, sorğuda dünyanın 19 yerində yerli icmalardan təxminən üç min insan iştirak edib. Sorğuda iştirak edən ev təsərrüfatlarının yalnız 64 faizinin pul gəliri olub. İştirakçılardan ev təsərrüfatlarının demoqrafik göstəriciləri və iqtisadi vəziyyət, yerli mühit, təbii resurslardan asılılıq və iqlim dəyişikliyi haqqında danışdıqdan sonra subyektiv xoşbəxtliklərini 1-dən 10-a qədər miqyasda qiymətləndirmələri istənilib.

Onu da qeyd edək ki, bütün müsahibələr yerli dillərdə şəxsən aparılıb.

...Sorğunun nəticələrinə görə, kiçik icmalarda orta həyat məmnunluğu balı 6,8 bal təşkil edib: onların bir çoxu öz subyektiv səviyyəsini 5,1 balla qiymətləndirsə də, dörd yerdə səkkizdən yüksək olub. Belə dəyərlər əvvəllər yalnız zəngin Skandinaviya ölkələrində, o cümlədən Danimarka və Finlandiyada qeydə alınmışdı.

Amma maraqlıdır ki, yoxsul icmalarda xoşbəxtlik hissinə tam olaraq nəyin təsir etdiyi hələ də məlum deyil. Bununla əlaqədar gələcəkdə alimlər bu istiqamətdə işləri davam etdirməyi planlaşdırırlar. Onların fikrincə, bu məlumat hər bir belə qrupun kifayət qədər həyat məmnuniyyətinə malik olmasını təmin edəcək.

Qeyd etmək lazımdır ki, indiyə qədər xoşbəxtlik səviyyəsi birbaşa gəlirlə bağlı idi. Üstəlik, bütün bu cür tədqiqatlar yalnız iqtisadiyyatı yaxşı inkişaf etmiş ölkələrdə aparılıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə