ABŞ Ali Məhkəməsi Trampın seçkilərdə iştirakına icazə verib

ABŞ Ali Məhkəməsi keçmiş prezident Donald Trampın qarşıdan gələn seçkilərdə səsvermə bülletenindən kənarlaşdırıla bilməyəcəyi barədə qərar verib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RBC-Ukrayna NBC News-a istinadən xəbər verir.

Ali Məhkəmə, Cozef Baydenin qazandığı 2020-ci il seçkilərini ləğv etməyə çalışdığı üçün Trampın yenidən namizəd olmaq hüququna malik olmadığı barədə Kolorado məhkəməsinin qərarını ləğv edib.

Məhkəmə Kolorado Ali Məhkəməsinin ştatların Konstitusiyanın 14-cü Düzəlişinə əsasən bir namizədin seçkilərdə iştirak edib-etməyəcəyini müəyyən edə biləcəyini səhv bir şəkildə fərz etdiyinə qərar verdi.

Qərarda deyilir ki, 14-cü Düzəliş müddəasının həyata keçirilməsi qaydalarını ştatlar deyil, Konqres müəyyən etməlidir.

Qeyd edək ki, bu qərar Trampın təkcə Koloradoda deyil, həm də yerli məhkəmələrin keçmiş prezidentə qarşı oxşar qərarlar qəbul etdiyi Men və İllinoys ştatlarında da səsvermədə qalmasını təmin edir.

Xatırladaq ki, ötən il Kolorado məhkəməsi Trampın 2020-ci il seçkilərinin nəticələrinə təsir göstərməyə çalışdığı üçün onun ABŞ prezident seçkilərində iştirakını qadağan etmək qərarına gəlmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə