Almaniyanın Fridrix Ebert Fondu Rusiyada arzuolunmaz kimi tanınır...

...Bu arada Rusiya Baş Prokurorluğu üç alman layihəsini arzuolunmaz təşkilatlar adlandırılan təşkilatların reyestrinə daxil edib. Bunlar Fridrix Ebert Fondu, Almaniyanın Şərqi Avropa Araşdırmaları Cəmiyyəti və Gender Demokratiyası və Sülhməramlı Mobil Akademiyasıdır.

SİA-nın əldə etdiyi məlumata görə, onların Rusiya ərazisində fəaliyyəti qadağan olunacaq, onlarla əməkdaşlıq edənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar.

Qeyd edək ki, Fridrix Ebert Fondu Almaniyanın ən qədim siyasi fondudur, 1925-ci ildə yaradılıb və ölkənin demokratik yolla seçilmiş ilk prezidentinin adını daşıyır. Vəqf sosial-demokratik hərəkatla bağlıdır. O, 100-dən çox ölkədə vətəndaş fəallığını, siyasi təhsili və həmkarlar ittifaqını təşviq edir.

...Alman Şərqi Avropa Araşdırmaları Cəmiyyəti 1913-cü ildə yaradılıb. Şərqi Avropa ölkələrinin iqtisadiyyat, siyasət, tarix və mədəniyyət sahəsində tədqiqatçılarını bir araya gətirir, gənc slavyan alimlərini dəstəkləyir, beynəlxalq konfrans və konqreslər keçirir, analitik nəşrlər dərc edir.

...Gender Demokratiyası və Sülhməramlı Mobil Akademiyası 1992-ci ildə qurulmuş feminist təşkilatdır. Onun məqsədi gender bərabərliyi və demokratik proseslərdə kişi və qadınların bərabər iştirakı uğrunda mübarizədir. 2016-cı ildən təşkilat “Donbasda Sülh Naminə Qadın Təşəbbüsləri” layihəsini əlaqələndirir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə