Vaxt vardı Putini "diktator" adlandırmşıdı, amma indi...

...Rusiya nə təhər “həqiqətən azad bir ölkə” olur?

...SİA-nın dünən xəbər verdiyi kimi, 2018-ci ildə Rusiya liderı Putinlə toyunda rəqs edən “Qazprom”la əlaqəsi olan Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl Rusiyaya köçüb və çox qəribə açıqlama verib.

Bu barədə “DW” Rusiya federal KİV-nə istinadən xəbər verir.

Qeyd edək ki, Knaysl Rusiya Federasiyasına 2023-cü ilin yayında gəlib və Rusiya Federasiyasının Ryazan vilayətinin Petruşovo kəndində bəzi ev tikintisini icarəyə götürüb. İndi o, Rusiyada əbədi qalacağını, lakin hələlik Avstriya vətəndaşlığını dəyişməyəcəyini söyləyib.

Avstriyalı martın 3-də Rusiyanın “Dünya Gənclər Festivalı” adlanan tədbirdə iştirak edərkən səs verib.

...Mən Rusiyaya köçdüm, çünki bu, həqiqətən azad bir ölkədir(?).

Qeyd edək ki, keçmiş avstriyalı məmurun bu sözləri Rusiya Silahlı Qüvvələrinin Ukraynaya iki ildir davam edən işğalı, həmçinin rusiyalı müxalifətçi və siyasi məhbus Aleksey Navalnının qətli fonunda səslənib.

Xatırladaq ki, Knaysl toyunda Putinlə rəqs etdikdən bir müddət sonra qalmaqalı susdurmaq üçün Rusiya prezidentini “diktator” adlandırmalı olmuşdu.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə