"Armata" tankı dünyanın ən güclü tankıdır, lakin...

Ukraynada istifadə etmək üçün çox bahadır

...Rusiyanın yeni “Armata” tankı dünyada mövcud olan bütün analoqlardan üstündür, lakin Rusiya ordusu onu Ukrayna ərazisində istifadə edə bilməz, çünki bu avadanlıq çox bahadır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “Rostec” dövlət korporasiyasının baş direktoru Sergey Çemezov deyib.

“Rostec” rəhbəri hərbi əməliyyatlar zonasında döyüş meydanındakı vəziyyəti də qiymətləndirib.

Çemezovun sözlərinə görə, rus hərbçiləri daha ucuz T-90 tankından kifayət qədər uğurla istifadə edə və döyüşlərdə bütün lazımi nəticələrə nail ola bilərlər.

Çemezovun sözlərinə görə, “Armata” Rusiya Silahlı Qüvvələrində xidmətdədir, lakin xüsusi əməliyyatda istifadə edilməyəcək.

...Yeri gəlmişkən, bir müddət bundan əvvəl Almaniya kansleri Olaf Şolz “Taurus” uzaqmənzilli raketlərini Ukraynaya verməkdən imtina etməsini izah edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə