Meksikada yük maşınının sərnişin mikroavtobusu ilə toqquşması nəticəsində 9 nəfər ölüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Tamaulipas ştatında Viktoriya-Monterey avtomobil yolunda yük maşını qarşı tərəfdən gələn sərnişin mikroavtobusu ilə toqquşub.
Qəzada 9 nəfər hadisə yerində ölüb, 2 nəfər yaralanıb. Qəza yerinə çoxlu axtarış-xilasetmə qrupu sövq edilib və hadisə ilə bağlı araşdırma başladılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB