Son bir həftə ərzində Burkina-Fasonun şimalındaki üç kənddə silahlılar 170-ə yaxın sakini öldürüblər. SİA xəbər verir ki, bu barədə Uahiquya rayon prokuroru Əli Benjamin Kulibali məlumat verib.
“Əldə edilən məlumatlar Şimal bölgəsinin Komsilqa, Nodin və Soroe kəndlərində 170 nəfərin öldüyünü göstərir”, - deyə o bildirib.
Kulibalinin sözlərinə görə, hücum haqqında ilk dəfə fevralın 25-də məlumat daxil olub. Hazırda kəndlərə hücum edən silahlıların hansı qruplaşmaya aid olduğu müəyyənləşdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB