Belaruslu rəsmi “TikTok”u ölkə üçün potensial təhlükə kimi görür...

“...o vaxt 40 min gənc küçələrə çıxaraq çevik polislə vuruşdu”
Belaruslu rəsmi “TikTok”u ölkə üçün potensial təhlükə kimi görür...

...Bu arada Belarusun daxili işlər nazirinin müavini Gennadi Kazakeviç STV telekanalının efirində “TikTok” sosial şəbəkəsindən inqilab təşkil etmək üçün istifadə ediləcəyi ilə bağlı fikirlərini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Kazakeviç süni intellekt texnologiyalarının inkişafı ilə bağlı narahatlığını bildirib.

Onun sözlərinə görə, onlar, məsələn, fırıldaqçılar tərəfindən sevilən birinin adı altında potensial qurbana zəng etmək üçün istifadə edilə bilər.

Ümumiyyətlə, belaruslu rəsmi Çin sosial şəbəkəsi “TikTok”dan narahatdır.

...Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən olan həmkarlarım deyirlər ki, növbəti inqilab “TikTok” inqilabı olacaq. Və bu, heç də o qədər də zərərsiz deyil.

Kazakeviç deyib bunu.

...Yadınızda olar, bir il əvvəl Rusiya Federasiyasında “TikTok”-a klikdən sonra 40 min gənc küçələrə çıxdı və onlar çevik qüvvə ilə döyüşdülər. Özü də onlar 14 və yuxarı yaşda olan oğlan və qızlar idilər.

Yeri gəlmişkən, süni intellektdən danışan Kazakeviç ondan “inqilab etmək” üçün də istifadə edilə biləcəyini gizlətməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə