...Miqrantlar Rusiyanın və rusların milli kimliyinə təhlükə yaratmamalıdır. Bu barədə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Ümumdünya Gənclər Festivalında bildirib.
O vurğulayıb ki, əcnəbilər hansı ölkəyə gəldiklərini həmişə xatırlamalı, onun adət-ənənələrinə hörmət etməlidirlər. Miqrantlar həmçinin ətraflarına qarşı aqressiv olan öz milli gettolarını yaratmamalıdırlar.
Daha əvvəl məlum olmuşdu ki, Kaluqa vilayətinin Obninsk şəhərində 73 yaşlı yerli sakinə 11 minə yaxın insanı qeydiyyatdan keçirdikdən sonra mənzillərində miqrantları qeydiyyata almaq qadağan edilib.
SİA bu barədə rus saytlarına istinad edir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB