Bu arada İnquşetiyanın Karabulak şəhərində keçirilən antiterror əməliyyatı zamanı məhv edilən yaraqlıların siyahısını dərc edilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hücum edənlər arasında 1989-cu il təvəllüdlü Əmirxan G., 2000-ci il təvəllüdlü Zelimxan Ts., 1991-ci il təvəllüdlü Tagir Ts., 2000-ci il təvəllüdlü Mikayıl T., 2000-ci il təvəllüdlü Maqomed B. və 1997-ci il təvəllüdlü Bers Ç. olublar.
Onlardan üçü, o cümlədən lider federal axtarışda olub.
Rus saytlarına məlum olub ki, yaraqlılar Rusiyada prezident seçkiləri və dini Qurban bayramı zamanı terror aktları planlaşdırıblar.
Məhv edilmiş yaraqlıların videosu da ortaya çıxıb.
Milli Antiterror Komitəsinin vurğuladığı kimi, İnquşetiyada məhv edilən 6 yaraqlı İŞİD terror təşkilatının tərəfdarları olublar.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB