...Belarus Daxili İşlər Nazirliyi ilk dəfə olaraq belarusların soyqırımını inkar etmə maddəsi ilə cinayət işi açdığını bildirib. SİA-nın əldə etdiyi məlumata görə, bu maddə 2022-ci ilin əvvəlində ölkənin Cinayət Məcəlləsinə əlavə edilib.
BelTA agentliyinin məlumatına görə, 54 yaşlı Minsk sakininə qarşı iş açılıb. İstintaq iddia edir ki, o, 2020-ci ildə sosial şəbəkədə qrup yaradıb və idarə edib. Belə ki, orada etiraz mövzularında bəzi materiallar, eləcə də “respublikanı gözdən salan və faşistləri reabilitasiya edən məlumatlar” yerləşdirib.
54 yaşlı Minsk sakininin iddiasına görə, o vaxt almanlar Belarus əhalisi ilə yaxşı rəftar ediblər, amma yerli partizanlar vəhşilik qalmayıb ediblər.
O, həmçinin Xatın kəndinin İkinci Dünya Müharibəsi zamanı partizanların əlindən əziyyət çəkdiyini yazıb.
Bunu Daxili İşlər Nazirliyi iddia edir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB