...Donald Tramp 2024-cü ilin payızında keçiriləcək seçkilərdə qalib gələrək yenidən ABŞ prezidenti olacaq.
Solovyev Teleqram kanalı xəbər verir ki, bu proqnozu Suriya prezidenti Bəşər Əsəd Rusiya mətbuatına müsahibəsində deyib.
Əsəd bildirib ki, mediadan və digər mənbələrdən gələn məlumatları təhlil etsəniz, Trampın qalib gələcəyini başa düşmək olar.
Eyni zamanda o qeyd edib ki, Amerika prezidentləri “bir-birinə bənzəyir” və əslində “icraçı direktor” rolunu oynayırlar. Onların arxasında həmişə “həqiqətən siyasətlə məşğul olan” personajlar olur.
...Seçkilərdə kimin qalib gələcəyinin pərdəsi arxasında həqiqətən kimin siyasətlə məşğul olduğunu bilməlisiniz. Bu, bir oyundur - lobbi, media, maliyyəçilər və bankirlər, silah və neft oyunu...
SİA-nın əldə etdiyi məlumata görə, bunu deyən Əsəd, oyunçu “hər halda qalib gələcək” deyə əlavə edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB