Ukraynada keçirilən xüsusi hərbi əməliyyatla bağlı İsrail Rusiyaya qarşı daha aqressiv mövqe tuta bilər.
SİA “Kommersant”a istinadən xəbər verir ki, bu fikri İsrailin hakim “Likud” partiyasının liberal qanadının lideri Əmir Veytman mediaya müsahibəsində bildirib.
...Bundan sonra İsrail Rusiyaya qarşı daha aqressiv mövqe tutacaq, deyən Əmir Veytman İsrailin BMT-dəki daimi nümayəndəsinin raket zərbələri və pilotsuz təyyarələrin hücumları üçün erkən xəbərdarlıq sistemlərini Ukraynaya ötürməyə hazır olması ilə bağlı son bəyanatını şərh edərkən qeyd edib.
...Əgər xüsusi hərbi əməliyyat Fələstinin HƏMAS hərəkatı ilə müharibədən əvvəl bitməsə, o zaman "İsrailin silahları Ukraynada bitəcək.
Veytman deyib bunu.
Onun sözlərinə görə, İsrail hələlik silahdan imtina edə bilməz, lakin xəbərdarlıq sistemlərinin ötürülməsi İsrailin Ukrayna qarşısındakı öhdəliklərinin “yalnız başlanğıcıdır”.
Qeyd edək ki, Rusiya Federasiyası ilə İsrail arasında Qəzza zolağındakı münaqişə ilə bağlı fikir ayrılıqları var.
Belə ki, Moskva BMT-ni anklavda atəşkəsə çağırır, lakin İsrail buna qarşı çıxıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB