Haitinin paytaxtı Port-o-Prinsdə bir neçə yüz məhbus həbsxanadan qaçıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “Gazette Haiti” və CNN xəbər verir ki, onlar silahlı qrupların həbsxanaya hücumu nəticəsində azadlığa çıxa biliblər.
Şəhər rəhbərliyi avtomobilləri və silahları olan bütün işçilərdən silahlı dəstələrə qarşı mübarizədə polisə kömək etmələrini istəyib.
KİV-in məlumatına görə, son günlər polis məntəqələrinə bir neçə hücum hadisəsi qeydə alınıb və nəticədə azı 4 nəfər ölüb. Yerli qrupların lideri Cimmi Şerizier polisi “ölkəni azad etmək üçün” Haitinin baş naziri Ariel Henrini həbs etməyə çağırdıqdan sonra vəziyyət gərginləşib.
Qeyd edək ki, sonuncu hazırda Keniyada səfərdədir. Henri 2021-ci ildə prezident Jovenel Moise sui-qəsddən sonra baş nazir postunu tutub.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB