...Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl Rusiya vətəndaşlarına heyran olub. Onun sözlərinə görə, bu ölkədə insanlar istənilən mürəkkəblikdə olan problemləri və maneələri dəf etməyə hazırdırlar. O, həmçinin Rusiyanın azad ölkə olduğunu qeyd edib və son addımını açıqlayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Knaysl 2018-ci ildə Rusiya prezidenti Vladimir Putini toyuna dəvət etməsi və onunla rəqs etməsi ilə tanınıb.
...Sentyabrda Rusiyaya gələndən bəri sakinlərdən belə bir ifadə eşitməmişəm: “Bu, problemdir”. Mən bunu alman dilində bilirəm, bu, Almaniyadakı insanlar üçün ümumi bir cavabdır. Bu, mənə çox təsir etdi.
Qeyd edək ki, Karin Knaysl Ümumdünya Gənclər Festivalında mühazirə oxuyarkən deyib.
...Mən Rusiyaya köçdüm, çünki bu, həqiqətən azad ölkədir..?
Yeri gəlmişkən bunu deyən Avstriya Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri hazırda Rusiyadadır.
O, Rusiya Federasiyasının şərqində yaşamaq üçün yer axtarır. Orada özünə ev tikib yaşamaq istədiyini deyən, Knaysl Rusiyada özünü evdəki kimi hiss etdiyini də etiraf edib.
P.S: Bundan əvvəl Rusiya prezidenti Vladimir Putinlə rəqs edən Avstriyanın keçmiş xarici işlər nazirinin Ryazanda kəndlərdən birində məskunlaşdığı bildirilirdi. O, ölümlə hədələndiyi üçün ölkəsini tərk etmək məcburiyyətində qalıb və Rusiyanın Petruşovo kəndində yay üçün ev kirayələyib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB